Yerüstü Nəqliyyat Agentliyi auditor seçib 

16:59 16.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2023-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

Hafta.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "RSM Azerbaijan" MMC-dir.

Qalib şirkətə 64,9 min manat ödəniləcək.